MLS yazdı: Messiyə yalnız bu qolu izləmək qaldı – VİDEO
MLS-in rəsmi saytı “Atlanta United” – “İnter Mayami” matçının (2:2) nəticələrindən sonra “Aleksey Mirançuk komandanı xilas edən qol sayəsində Messini üstələdi” başlıqlı məqalə dərc edib.
Sentyabrın 19-una keçən gecə “Atlanta United” klubu evdə “İnter Mayami” ilə heç-heçə oynayıb (2:2). Aleksey bütün matçı meydanda keçirib və ABŞ komandasının heyətində debüt qolunu vurub.
Rus futbolçu iyulun sonunda Amerika komandasının oyunçusu oldu. “İnter Mayami”də çıxış edən Lionel Messi 61-ci dəqiqədə meydana daxil olub və heç nə ilə yadda qalmayıb.
“Biz Lionel Messinin sol ayağı ilə yuxarı küncə zərbə vurmasını görməyə öyrəşmişik. Ancaq çərşənbə axşamı bizə sehrli an bəxş edən Mirançuk oldu. Argentinalı əfsanə yalnız “Atlanta United”in yeni transferinin komandanın heç-heçəsini təmin edən debüt qolunu izləyə bildi”, – MLS-in açıqlamasında deyilir.
Aut.az
