Basketbol

Ceyhun “Şəki”də

“Şəki” basketbolo klubu heyətini Ceyhun Həsənli ilə gücləndirib.

Aut.az xəbər verir ki, Şəki basketbol məktəbinin yetirməsi olan 22 yaşlı oyunçu 2022/2023 mövsümündə ‘Sərhədçi”də çıxış edib.

Azərbaycanın U-16 və U-18 yığmalarında oynamış, əsas millinin heyətində toplanışlarda iştirak etmiş basketbolçu doğma klubunda 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Şəki” klubu daha əvvəl Ərcan Donat, Kris Barton, Karl Cons, Aleks Koldvell və Əbdülmətin Quliyevi transfer edib.