19 yaşlı türk futbolçunun ayağını amputasiya etdilər – FOTO
“Union” klubu Berkin Arslanoğulları və ailəsi üçün ianə kampaniyasına başlayıb.
Aut.az xəbər verir ki, “Union”un gənclər komandasının 19 yaşlı keçmiş qapıçısına sümük xərçəngi diaqnozu qoyulub. Xəstəliyə görə keçmiş futbolçunun ayağı amputasiya edilib.
“Uşaqlıqdan qürurla “Union” formasını geyinən qapıçı Berkin Arslanoğulları hazırda həyatının ən çətin mübarizəsini yaşayır.
Bir neçə ay əvvəl Berkinə şok diaqnoz qoyuldu: sümük xərçəngi. Bütün səylərə və intensiv kimyaterapiyaya baxmayaraq, xərçəng hələ də məğlub edilməyib – həyat qurtaran tədbir kimi bir neçə gün əvvəl Berkinin ayağı amputasiya edildi”, – klubun açıqlamasında deyilir.

Aut.az
