Messi meydanlara qayıdır: Bu tarixdə
“İnter Mayami” hücumçusu Lionel Messinin zədəsini sağaltdığını açıqlayıb.
Aut.az xəbər verir ki, 37 yaşlı argentinalının növbəti oyunda iştirak etməyə hazır olduğu qeyd olunub. Klubun X sosial şəbəkəsindəki rəsmi səhifəsində matça biletlərin satışı ilə bağlı elan “O geri döndü” başlığı ilə yazılıb.
Messi iyulun 15-dən bəri oynamır. O, Kolumbiya ilə Amerika Kubokunun final matçında (1:0) topuq bağından zədə almışdı.
Sentyabrın 15-də “İnter Mayami” doğma meydanda “Filadelfiya Yunion”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 03:30-da başlayacaq.
Aut.az

