Anası Yamala görün nəyi icazə vermir
“Barselona”nın hücumçusu Lamin Yamal evdə saxlamaq istədiyi qeyri-adi ev heyvanından danışıb.
Aut.az xəbər verir ki, o, ancaq anasının buna icazə vermədiyini bildirib:
“Mən bir osimnoq almaq istəyirəm. Artıq akvarium haqqında düşünmüşəm. Amma anam bunun mümkün olmadığını deyir. 13 yaşında mənə dedi ki, onu 18 yaşımda alacaq. İndi isə 21 yaşımda alacağanı deyir”.
Qeyd edək ki, bu mövsüm 17 yaşlı Yamal La Liqada 4 matçda meydana çıxıb, 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
Aut.az
