İspaniya

Məşhur futbolçu bu klubun maskotuna cinsi təcavüzdə ittiham edildi – FOTO

“Selta”nın keçmiş kapitanı Uqo Malo cinsi təcavüzdə təqsirli bilinib.

Aut.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Hadisə 2019-cu il aprelin 24-də İspaniya çempionatının oyunundan əvvəl baş verib. Malo “Espanyol” maskotu olan tutuquşu kimi geyinmiş bir qadına təcavüz etməkdə günahlandırılıb.

Bildirilir ki, futbolçu əllərini qurbanın kostyumunun altına qoyub və onun döşlərinə toxunub.

Məhkəmənin qərarına görə, Malo zərərçəkmişə mənəvi ziyana görə min avro məbləğində təzminat ödəməli və məhkəmə xərclərini qarşılamalı,  həmçinin 20 ay ərzində hər gün 10 avro (6 min avro) ödəməlidir.

Hazırda Yunanıstanın “Aris” klubunda çıxış edən 33 yaşlı müdafiəçi ona qarşı irəli sürülən ittihamları rədd edərək, bəraət hökmünün çıxarılmasını istəyib. Tərəflərin məhkəmənin hökmündən apellyasiya şikayəti vermək üçün 10 gün vaxtı var.

Məşhur futbolçu bu klubun maskotuna cinsi təcavüzdə ittiham edildi - FOTO

Aut.az