Gündoğan “Barsa”da bu iki futbolçunun davranışından məyus olub
Ötən yay “Mançester Siti”yə qayıdan “Barselona”nın keçmiş yarımmüdafiəçisi İlkay Gündoğan komanda yoldaşlarının Kataloniya klubunda davranışından narazı qalıb.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Joan Fontes yazıb.
Onun sözlərinə görə, 33 yaşlı almaniyalı həmyerlisi, Mark-Andre ter Ştegenin komandanın kapitanı statusuna baxmayaraq, paltardəyişmə otağında çox təmkinli olmasından xoşlanmayıb. Gündoğan hesab edir ki, o, özünü lider kimi daha çox göstərməli idi.
Qeyd olunur ki, Gündoğan, gənc komanda yoldaşlarına kömək etmək əvəzinə, həddindən artıq özünə köklənə hücumçu Robert Levandovskinin davranışından da razı olmayıb.
Gündoğan 2023-cü ilin yayında “Barselona”ya keçib və klubda 51 matçda 5 qol vurub, 14 məhsuldar ötürmə edib.
Aut.az
