Vəd verdi: DÇ-2026-nın finalına çıxacağıq
Braziliya yığmasının baş məşqçisi Dorival Junior komandasının 2026-cı il dünya çempionatının finalına yüksələcəyini bildirib.
“Biz DÇ-2026-nın finalında olacağıq. Finala çıxacağıq. Bunu dediyimi videoya çəkə bilərsiniz. Mənim heç bir şübhəm yoxdur – biz orada olacağıq”, – jurnalist Fabritsio Romano Juniordan sitat gətirib.
2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək. Cənubi Amerikada keçirilən dünya çempionatının seçmə mərhələsinin yeddi turundan sonra Braziliya millisi 10 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Aut.az
