Dünya futbolu

Mourinyo ilə bağlı yeni xəbər: Görün adı hansı klubla hallanır

Portuqaliyalı mütəxəssis Joze Mourinyo karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

Aut.az xəbər verir ki, “TEAMtalk”-ın məlumatına görə, müqaviləsi mövsümün sonunda başa çatacaq Devid Moyesin mümkün gedişi öncəsi Mourinyonun adı “Vest Hem”lə hallanır.

Portuqaliyalının son klubu 2024-cü ilin yanvarında tərk etdiyi “Roma” olub. Mourinyo bundan əvvəl “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real Madrid”, “İnter”, “Portu”, “Leyriya” və “Benfika”nı da çalışdırıb.

Aut.az