Ulduz futbolçuların nə vaxt debüt edəcəyi məlum oldu
Yay transfer pəncərəsi başa çatdıqdan sonra “Roma” azad agent kimi iki məşhur futbolçu – Mats Hummels və Mario Hermoso ilə müqavilə bağladı.
Aut.az xəbər verir ki, İtaliya mətbuatının yazdığına görə, Hummels “Roma”da debüt etməyə hələ hazır deyil. İki ay klubsuz qaldıqdan sonra optimal formada olması üçün ona ən azı bir həftə lazım olacaq. Onun “Roma”da debütünün sentyabrın 22-də A Seriyasında “Udineze” ilə matçda olacağı gözlənilir.
Amma Hermoso “Roma”nın heyətində “Genoa” ilə növbəti oyunda (15 sentyabr) oynamağa hazırdır.
Aut.az
