Formula 1

Azərbaycan Qran Prisini dəyərləndirdi: Bakıya gəlmək…

“Red Bull” komandasının pilotu Maks Ferstappen Azərbaycan Qran Prisi haqda fikirlərini bildirib.

Aut.az xəbər verir ki, Ferstappen Bakıdakı treki dəyərləndirib.

“Monzada çətin yarış oldu. Bizim prioritetimiz isə sahib olmalı olduğumuz formaya qayıtmaqdır. Bu həftə ikiqat yarış həftəsonundan əvvəl simulyatorda işləmək üçün komanda ilə bazaya baş çəkdim. Biz həmişə daha rəqabətli olmağa çalışırıq.

Komanda son bir neçə yarışda avtomobillə bağlı problemləri həll etmək üçün çox çalışır. Bakıya gəlmək həmişə xoşdur. Bu uzun  və düz hissələri olan maraqlı trekdir. Gəlin görək həftəsonu bizə nə gətirəcək”, – GPblog Ferstappendən sitat gətirib.

Bakıdakı mərhələ sentyabrın 13-dən 15-dək baş tutacaq.

Aut.az