Kapitan azad agent kimi ayrılacaq?
“Milan”ın kapitanı David Kalabriya 2025-ci ilin yayında azad agent kimi klubu tərk edə bilər.
Aut.az xəbər verir ki, bu barədə nüfuzlu italyan insayder Fabritsio Romano məlumat verib.
Kalabriyanın “Milan”la müqaviləsi mövsümün sonunda başa çatacaq. “Rossoneri” 27 yaşlı müdafiəçisinə hələlik yeni müqavilə təklif edilməyib. Ötən yay bir sıra klublar, o cümlədən “Qalatasaray” Kalabriya ilə maraqlansa da, futbolçu bütün təklifləri rədd edib.
Onun transfer qiyməti 12 milyon avro qiymətləndirilir.
Aut.az
