İtaliya

Münasibətlər gərginləşib: Qovulacaq?

İtaliyanın “Latsio” klubu baş məşqçi Mauritsio Sarri ilə müqaviləni ləğv edə bilər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira sosial mediada məlumat yayıb.

“Mauritsio Sarrinin növbəti mövsümdə “Latsio”nun məşqçisi kimi gələcəyi şübhə altındadır. Məşqçi ilə klub rəhbərliyi arasında münasibətlər pisləşib və 2028-ci ilə qədər olan hazırkı müqaviləsinə (ildə 2,5 milyon avro və bonuslar) baxmayaraq, iki tərəf bu yay yollarını ayıra bilər”, – deyə Şira yazıb.

“Latsio” 2025/26 mövsümündə İtaliya çempionatının turnir cədvəlində 28 oyundan 37 xalla 10-cu yerdədir. “İnter” isə 67 xalla birinci yerdədir.

Aut.az