Dünya futbolu

Görün Ronaldo neçə yığmaya qol vurub

Millətlər Liqasının qrup mərhələsində ikinci turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, Portuqaliya doğma meydanda Şotlandiya üzərində 2:1 hesabı ilə qələbə qazanıb. Portuqaliyalı hücumçu Kriştiano Ronaldo 88-ci dəqiqədə fərqlənib. Bu qol onun karyerasında sayca 901-ci olub.

Ronaldonun karyerası ərzində qol vurduğu milli komandaların sayı 48-ə çatıb. Başqa heç bir oyunçu bu həddə çata bilməyib.