Ramosa çatdı, Ronaldo əlçatmazdır
“Real”ın yarımmüdafiəçisi Luka Modriç Xorvatiya millisində 180-ci oyununu keçirib.
Aut.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının 2-ci turunun Polşa ilə oyununda millinin start heyətində yer alıb. Sona qədər meydanda olan kapitan komandasına qələbə qazandıran yeganə qolun da müəllifi olub.
Bununla Modriç millidə 180 oyun keçirən ispan müdafiəçi Serxio Ramosa çatıb. Avropalı futbolçular arasında yalnız Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo daha çox beynəlxalq oyun keçirib. Mütləq rekord sahibinin aktivində 212 matç var.
