Ərəblər onu yoldan çıxara bilmədi
Hücumçu Kinqsli Koman bu mövsüm də “Bavariya”da qalacaq.
Aut.az xəbər verir ki, bu barədə Münhen klubunun idman direktoru Maks Eberl məlumat yayıb.
28 yaşlı fransalı cinah oyunçusu ilə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu maraqlansa da, danışıqlar alınmayıb. “Kinqsli Koman bizimlə qalacaq”, – deyə klub rəsmisi “RMC Sport”a açıqlama verib.
Beləliklə, Koman 2027-ci ilin yayına kimi müqaviləsi olduğu Almaniya klubunda 10-cu mövsümünü keçirəcək. Futbolçu “Bavariya”da 297 matç keçirib.
Aut.az
