İngiltərəKateqoriyasız

İngiltərə yığmasının baş məşqçisi kim olacaq? – Namizədlərin siyahısı açıqlandı

İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi milli komandanın baş məşqçisi postuna namizədlərin siyahısını hazırlayıb.

Aut.az xəbər verir ki, siyahıda dörd nəfərin adı var. Bu barədə “The Telegraph” məlumat yayıb.

Eddi Hou, Frenk Lempard və Qrem Potter baş məşqçi postu uğrunda mübarizə aparır. Amma federasiya rəhbərliyinin əsas arzusu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardioladır.

Qeyd olunur ki, əsas favorit kimi hazırda baş məşqçi kimi fəaliyyət göstərən Li Karsli olaraq qalır. İngiltərə yığması onun rəhbərliyi altında ardıcıl iki qələbə qazanıb.

Baş məşqçinin adı DÇ-2026-nın seçmə mərhələsi başlamazdan əvvəl açıqlanmalıdır.

Xatırladaq ki, Qvardiolanın “Siti” ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.