“Milan”ı “Yuventus”a dəyişir
“Milan”ın müdafiəçisi Pierre Kalulu tezliklə “Yuventus”un futbolçusu olacaq.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, 24 yaşlı fransalı Turin təmsilçisinə icarə əsasında keçəcək və bunun üçün “Yuve” 3-4 milyon avro ödəyəcək. Eyni zamanda klub müdafiəçini 14 milyon avroya almaq hüququ qazanacaq. “Yuventus” daha 3 milyonu bonus olaraq ödəyə bilər.
Qeyd edək ki, Kalulyu 2020-ci ildən “Milan”da çıxış edir. O, “qırmızı-qaralar”ın heyətində 112 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Aut.az
