Bildirirəm ki, mən tam sağlamam: Balotellidən qalmaqallı paylaşım
“Cenoa”nın 34 yaşlı hücumçusu Mario Balotelli Patrik Vieyranın baş məşqçi kimi gəlişindən sonra klubda az oyun keçirməsi fonunda hazırkı durumu ilə bağlı açıqlama verib.
Aut.az xəbər verir ki, Balotelli bu barədə sosial şəbəkələrdəki səhifəsində yazıb.
“Aydınlaşdırmaq istəyirəm ki, mən tam sağlamam və Allaha şükür ki, heç bir problemim yoxdur. Keçmişdə oxşar vəziyyətlərdə olduğu kimi, gələcəkdə axmaq bir şey söyləniləcəyi təqdirdə sizə bu barədə xəbərdarlıq edirəm. Hamıya öpüşlər və irəli”, – Balotelli yazıb.
Balotelli “Cenoa”ya oktyabrın sonunda azad agent kimi keçib. Bu müddət ərzində 34 yaşlı futbolçu A Seriyasında 6 matçda iştirak edib və 56 dəqiqə meydanda olub.
Aut.az
