İtaliyaDünya futbolu

“Yuve” DÇ-də parlayan bu iki hücumçunu hədəf aldı

Turinin “Yuventus” klubu 2026-cı il Dünya Kubokunda parlayan iki hücumçu ilə maraqlanır: ispaniyalı Mikel Oyarsabal və amerikalı Folarin Baloun.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsio məlumat verib.

Bildirilir ki, PSJ-dən hücumçusu Randal Kolo-Mouaninin transferi baş tutmadığı təqdirdə bu variantlar alternativlərdir. Hücumçunun transferi üçün təxminən 50 milyon avro istəyən parislilərin yüksək maliyyə tələbləri səbəbindən transfer baş tutmaya bilər.

“Qoca Sinyora” rəhbərliyi bu qədər pul xərcləməkdə maraqlı olmasa da, Turin klubu PSJ-nin 27 yaşlı futbolçu üçün qiyməti aşağı salmasını gözləyəcək.

Əgər bu baş verməsə, “Yuventus” Oyarsabal və ya Baloqun uğrunda mübarizəyə keçəcək.

Qeyd etmək lazımdır ki, hər iki oyunçunun klubları ilə 30 iyun 2028-ci ilə qədər müqaviləsi var. Transfermarkt “Real Sociedad”da oynayan Oyarsabalı 25, “Monako” hücumçusunun isə 40 milyon avro qiymətləndirir.

Aut.az