Ramil oynadı, komandası…
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand Çempionlar Kuboku uğrunda matça çıxıb.
Aut.az xəbər verir ki, komanda “Banqkok Yunayted” ilə qarşılaşıb. Görüş “Buriram Yunayted”in 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Beləliklə, “Buriram Yunayted” kuboku əldən verib.
Ramil Şeydayev oyuna start heyətində daxil olub. Hücumçu sonadək mübarizə aparıb.
