İtaliyaKateqoriyasız

Axtarışda olan mafiya başçısı həbs edildi: Futbola qurban getdi

Uzun müddətdir polisdən gizlənən Vinçenzo La Porte ləqəbli italiyan mafiya başçısı həbs olunub.

Aut.az xəbər verir ki, 11 ildir qaçaq həyatı yaşayan və əsl adı Secondilyano Allyans olan cinayətkar “Napoli” sevgisinin qurbanı olub. Mayda azarkeşi olduğu kulubun çempionluğunu qeyd etmək üçün formasını geyinib. Bu anın fotosu təsadüfən çəkilib və sosial şəbəkədə paylaşılıb.

Axtarışda olan mafiya başçısı həbs edildi: Futbola qurban getdi

Bundan bir müddət sonra polis 60 yaşlı mafiya başçısının harada olduğu müəyyənləşdirib. Nəticədə La Portanın saxlanılması üçün iki ölkə arasında əməliyyat keçirilib.

Qaçaq düşdüyü illərdə o, vergi fırıldaqçılığı ilə məşğul olan cinayətkar birliyin himayədarı olduğu iddiası ilə qiyabi məhkum edilib. Viçenso 14 il 4 ay həbs cəzası çəkəcək. Həmin şəxs hazırda Yunanıstandadır və ekstradisiyasını gözləyir.