PSJ özündən sonra klubu ilə də razılığa gəldi
“Benfika”nın hücumçusu Qonsalu Ramos tezliklə PSJ-nin oyunçusu ola bilər.
Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
O, bildirir ki, tərəflər futbolçunun transferinin yekun detalları ilə bağlı razılığa gəliblər. Hələ tibbi müayinə təyin edilməyib.
Klublar məcburi alışla icarə imkanını da müzakirə edirlər.
PSJ Ramosa 2028-ci ilə qədər müqavilə təklif edib və müsbət cavab alıb. Portuqaliya millisinin üzvünün məvacibi barədə məlumat verilməyib.
