Qvardiola Haalandı görün kimlərlə müqayisə etdi: Bu, onların səviyyəsidir
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın açılış turunda “Çelsi”ni məğlub etdikdən (2:0) sonra bu görüşdə hesabı açan “Siti”nin hücumçusu Erlinq Haalandın çıxışından danışıb.
Aut.az xəbər verir ki, ispaniyalı mütəxəssis o,”Siti”nin heyətində 100-cü oyununda 91-ci qolunu vuran norveçli forvardın ünvanına xoş fikirlər səsləndirib:
“Belə göstəricilər Messi və Kriştiano Ronaldonun səviyyəsinə uyğundur. Bu, bu ölkədə inanılmaz bir şeydir”.
Aut.az
