Sabiq futbolçu sevimli istirahət yeri haqda: Ruslar orada hər yerə batırıblar
Moskva “Spartak”ının və Rusiya millisinin keçmiş müdafiəçisi Andrey Yeşşenko sevimli istirahət yeri barədə danışıb.
Aut.az xəbər verir ki, o bu barədə “DYR-DIRCHIK” YouTube kanalına müsahibəsində deyib.
“Əvvəllər Bali var idi , amma indi orada hər şeyin zibili çıxıb. Üstəlik, ruslar orada hər yerə batırıblar, adanı bərabd vəziyyətə salıblar”, – sabiq utbolçu bildirib.
O, adada əvvəlki kimi vəhşi təbiətin qorunmamasının olmamasının xoşuna gəlmədiyini vurğulayıb. Yeşşenko əlavə edib ki, o, hər il Baliyə uçur, sörf edir, motosiklet sürür.
Aut.az
