İngiltərə

Premyer Liqanın ən yaxşı oyunçusu kim seçiləcək? – Namizədlər açıqlandı

Premyer Liqada ötən mövsümün oyunçusu mükafatına 6 namizədin adı bəlli olub.

Aut.az xəbər verir ki, mükafat uğrunda “Mançester Siti”nin üç futbolçusu mübarizə aparır: Erlinq Haaland, Rodri və Fil Foden. Digər namizədlər Martin Odeqaard (“Arsenal”), Koul Palmer (“Çelsi”) və Olli Uotkinsdir (“Aston Villa”).

İngiltərə Futbolçular İttifaqının üzvləri arasında keçiriləcək səsvermənin nəticələrinə görə qalib müəyyənləşəcək. Nəticələr avqustun 20-də keçiriləcək mərasimdə elan olunacaq.

Qeyd edək ki, 2022/23 mövsümünün mükafatın qalibi Erlinq Haaland olub.

Aut.az