Dünya futbolu

Paris-2024: Qadınların futbol turnirinin qalib bəlli oldu

Bu gün, avqustun 10-da Parisdə keçirilən Olimpiya Oyunlarında qadın futbol turniri başa çatıb.

Aut.az xəbər verir ki, final oyununda Braziliya və ABŞ komandaları üz-üzə gəlib. Komandalar Parisdəki “Park des Princes” stadionunda qarşılaşıblar.

Amerikalılar minimal hesabla qalib gəliblər. Matçın yeganə qolu 57-ci dəqiqədə vurulub. ABŞ millisinin hücumçusu Mallori Suonson fərqlənib.

Beləliklə, 2024-cü il Olimpiya Oyunlarının qızıl medalını ABŞ, gümüş medalını isə Braziliya qazanıb.

Finala gedən yolda braziliyalılar 1/4 final matçında Fransa yığmasını 1:0, yarımfinalda isə İspaniyanın qadınlardan ibarət millisini 4:2 hesabı ilə məğlub edib. Amerikalılar 1/4 finalda əlavə vaxtda (1:0) Yaponiyaya, 1/2 finalda isə Almaniyaya eyni hesabla, həmçinin əlavə vaxtda (1:0) qalib gəliblər.

Aut.az