Almaniya

“Siti” də “Bavariya”nın futbolçusuna “elçi düşdü”

“Bavariya”nın vingeri Kinqsli Komana daha bir klub “elçi düşüb”.

Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Futbolçuya Premyer Liqadan təklif var. Komananın “Mançester Siti”ni transfer etmək istədiyi dəqiqləşib. Münhen komandası maaş limitini boşaltmaq üçün fransızla ayrılmağa hazırdır.

Qeyd edək ki, Fransa millisinin üzvü ilə yetirməsi olduğu PSJ də maraqlanır.

28 yaşlı vinger 2015-ci ilin avqustundan “Bavariya”da çıxış edir. 2023/24 mövsümündə yarımmüdafiəçi 27 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az