Əfsanədən möhtəşəm jest: Olimpiadaya görə aldığı mükafatı görün nə edəcək
Əfsanəvi serbiyalı tennisçi Novak Cokoviç Paris Yay Olimpiya Oyunlarında qazandığı mükafatı xeyriyyə fonduna bağışlayacaq.
Aut.az xəbər verir ki, bu barədə “Kurir” məlumat yayıb.
Cokoviç Oyunlarda qalib gəldiyinə görə Serbiya hökumətindən 200 min avro almalıdır. Bu mükafat məbləği Serbiyadan olan bütün 2024-cü il Olimpiya çempionları üçün müəyyən edilib.
Xatırladaq ki, 2024-cü il Olimpiadasının finalında Cokoviç ispaniyalı Karlos Alkarası məğlub edib. 37 yaşlı Cokoviç üçün bu, ilk Olimpiya qızılıdır.
Aut.az
