Tennis

Məşhur tennisçi 4 il cəza aldı – Murhaus səbəbini izah etdi

Beynəlxalq Tennis Bütövlüyü Təşkilatının (ITIA) baş direktoru Karen Murhaus, 2023-cü ilin “Uimbldon” çempionu, çexiyalı Marketa Vondrouşovanı 2025-ci ilin dekabr ayında dopinq testindən imtina etdiyinə görə dörd il müddətinə diskvalifikasiya edilməsinə münasibət bildirib.

Aut.az xəbər verir ki, Murhausun açıqlamasında deyilirf:

“Test prosesinin əlverişsiz olduğunu başa düşürük və bunun artıq yüksək səviyyədə təzyiq və nəzarətlə əlaqəli olan oyunçular üçün əlavə bir yük olduğunu qəbul edirik, lakin ədalətli rəqabətin qorunması vacibdir.

Oyunçuların və dopinq üzrə məsul şəxslərimizin təhlükəsizliyi və rifahı bizim üçün həqiqətən vacibdir. Onlar yaxşı təlim keçiblər, peşəkardırlar və nümayəndəmizin cinsi həmişə oyunçunun cinsinə uyğun gəlir. Onlar həmişə şəxsiyyət vəsiqəsi daşıyırlar və oyunçular hər hansı bir şübhə olduqda şəxsiyyətlərini digər vasitələrlə təsdiqləyə bilərlər.

Elan edilməmiş testlər təmiz idmanın qorunması üçün vacib bir vasitədir. Müstəqil arbitraj nəticə etibarilə bu prinsipi dəstəkləyib. Bu iş oyunçuların istənilən vaxt və istənilən yerdə testdən keçə biləcəyini və bundan imtina etməyin əhəmiyyətli risklər daşıdığını xatırladan vacib bir məqamdır”.

Vondrousovanın İdman Arbitraj Məhkəməsinə (CAS) apelyasiya şikayəti vermək hüququ var.

Aut.az