Son arzusu budur: Karyerasını bitirməzdən əvvəl
Üçqat Böyük Dəbilqə, ikiqat Olimpiya çempionu, britaniyalı tennisçi Endi Marrey arzusu haqda danışıb.
Aut.az xəbər verir ki, o, karyerasını bitirməzdən əvvəl Parisdə keçiriləcək Olimpiadada oynamaq arzusunda olduğunu bildirib.
“Ümid edirəm ki, daha bir olimpiadada iştirak etmək şansım olacaq.
Yaşlandıqca gənclərlə yarışmaq bir o qədər çətindir… Heç də asan deyil. Yeri gələndə yəqin ki, sonuncu turnirimi və matçımı oynamazdan əvvəl nəsə deyəcəyəm. Bunu bir neçə ay əvvəl edəcəmmi, bilmirəm.
Karyeranı düzgün bitirmək üçün konkret bir yol yoxdur. Bu, hər kəs üçün fərqlidir: Federer üçün doğru olan Nadal üçün doğru olmaya bilər və ya Cokoviç üçün yanlış ola bilər”, – deyə Marrey BBC-dən sitat gətirib.
Aut.az
