Mümkünsüz deyil: Görün Uilyamsın hədəfi nədir
“Böyük Dəbilqə”nin yeddiqat çempionu, amerikalı tennisçi Vinus Uilyams öz ölkəsində 2028-ci ildə keçiriləcək Olimpiadada iştirak edə biləcəyini etiraf edib.
Aut.az xəbər verir ki, idmançı bu il korta qayıdıb və ABŞ Açıq çempionatında çıxış edib.
“Heç nə qeyri-mümkün deyil. Amma mən bu qədər uzun müddət meydanda qalmaq üçün motivasiyalı olmalıyam. Baxacağıq”, – Vinus deyib.
Uilyamsın dörd Olimpiya titulları var. O, 2000, 2008 və 2012 oyunlarında həm tək, həm də qoşa yarışlarda titul qazanıb. 2016-cı ildə amerikalı qarışıq cütlüklərdə ikinci olub. O, Olimpiadada ən çox medal qazanan tennisçidir.
Aut.az
