Tennis

Cəzası 4 ildən 9 aya endirildi

İdman Arbitraj Məhkəməsi (CAS) rumıniyalı tennisçi Simona Halepin diskvalifikasiya müddətini 4 ildən 9 aya endirib.

Aut.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

O, 2022-ci ilin oktyabr ayından etibarən cəza müddətini çəkdiyi üçün dərhal yarışlara qoşula bilər.

Xatırladaq ki, tennisçinin işi üzrə dinləmələr fevralın 7-9-da Lozannada keçirilib. 32 yaşlı rumıniyalı tennisçi Beynəlxalq Tennis Dürüstlüyü Agentliyinin (ITIA) 4 illik qadağa qərarından apellyasiya şikayəti verib və tətbiq edilən bütün sanksiyaların ləğvini tələb edib. Görüşdən sonra Halep WTA-nın rəsmi turnirlərinə vaxtından əvvəl buraxılacağına əmin olduğunu bildirib.

Keçən ilin sentyabrında Halep antidopinq qaydalarını pozduğuna görə 2026-cı ilin oktyabrına qədər tennisdən uzaqlaşdırılıb.

Aut.az