Təhlükə var: İsraillə oyun azarkeşsiz keçiriləcək
Kanada və İsrail arasında Devis Kuboku matçı boş stadionda keçiriləcək.
Aut.az xəbər verir ki, bu barədə Kanada Tennis Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bu qərar təhlükəsizlik baxımından qəbul edilib.
Görüş sentyabrın 12-13-də Halifax şəhərində baş tutacaq. Qalib komanda gələn mövsüm Dünya Qrupunun seçmə mərhələsində çıxış edəcək.
Aut.az
