Ronaldonun “Valyadolid” ilə bağlı planı nədir?
2018-ci ildən “Real Valyadolid”in sahibi olan əfsanəvi braziliyalı hücumçu Ronaldo klubu satmaq fikrindən daşınıb.
Aut.az xəbər veeri ki, La Liqa klubunun mətbuat xidməti Ronaldonun klubun prezidenti və sahibi olaraq qalacağını açıqlayıb.
O, həmçinin klubun maaş həddini artırmaq üçün öz cibindən pul ödəyəcək. Bu, güclənmək və elitadakı mövqeyini qorumaq üçün vacib addımdır.
2023/24 mövsümünün sonunda “Valyadolid” Sequndada ikinci yeri tutub və bir illik fasilədən sonra La Liqaya qayıdıb.
Aut.az
