Türkiyəİngiltərə

Türkiyəli insayder tanınmış futbolçunu biabır etdi – FOTOFAKT

Türkiyəli məşhur insayder Yağız Sabuncuoğlu ilə “Aston Villa”nın müdafiəçisi Lyuk Dini arasında qalmaqal yaşanıb.

Aut.az xəbər verir ki, Sabuncuoğlu “Qalatasaray”ın fransız futbolçunu transfer etmək fikrinə düşdüyünü yazıb. Dini özü isə insayderə X səhifəsində “Bağışlayın, amma bu doğru deyil” deyə cavab verib.

Hər kəs xəbərin yalan olduğunu düşündüyü vaxtda vəziyyət gözlənilməz şəkildə dəyişib. İnsayder Transferi ilə bağlı İstanbul klubundan “Aston Villa”ya təklif etdiyi rəsmi məktubun fotosunu dərc edərək futbolçuya cavab verib.

Lyuk isə buna reaksiya verməyib.

Aut.az

Türkiyəli insayder tanınmış futbolçunu biabır etdi - FOTOFAKT Türkiyəli insayder tanınmış futbolçunu biabır etdi - FOTOFAKT