İngiltərə

Dünya çempionu müqaviləni bu tarixə qədər uzatdı

Argentina millisinin qapıçısı və DÇ-2022-nin qalibi Emiliano Martines “Aston Villa” ilə müqaviləsini uzadıb.

Aut.az xəbər verir ki, 31 yaşlı qolkiperin Birmingem klubu ilə yeni müqaviləsi 2029-cu ilə qədərdir.

Martines 2020-ci ildə “Arsenal”dan “Aston Villa”ya keçib və 2021-ci ildə klubda mövsümün oyunçusu seçilib.

2023/24 mövsümündə Martines “Aston Villa”nın heyətində 47 oyuna çıxıb və 61 qol buraxıb, 15 dəfə qapısını toxunulmaz saxlayıb.

Aut.az