İspaniya

Gündoğanın karyerasında ilk

Fevralın 11-də “Barselona” La Liqanın 24-cü turunun matçında “Qranada” ilə heç-heçə edib (3:3).

Aut.az xəbər verir ki, bu oyunda “Barsa”nın yarımmüdafiəçisi İlkay Gündoğan 63-cü dəqiqədə Robert Levandovskiyə assistentlik edib.

Gündoğan üçün bu məhsuldar ötürmə bütün yarışlarda bu mövsüm 10-cu asist olub. “Squawka”nın məlumatına görə, Gündoğan karyerasında ilk dəfə bir mövsümdə 10+ məhsuldar ötürmə edib.

Aut.az