İngiltərə

Sautqeytə bu iş təklif olunur: Görün onu kiminlə üz-üzə qoymaq istəyirlər

İngiltərə millisinin keçmiş baş məşqçisi Qaret Sautqeyt TV futbol eksperti ola bilər.

Aut.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, BBC 53 yaşlı mütəxəssisin “Günün matçı” adlı futbol proqramında ekspert olmasını istəyir.

Bildirilir ki, kanal rəhbərliyi Sautqeyti İngiltərə millisinin keçmiş oyunçusu, uzun müddətdir kanalda çalışan və Qareti Avro-2024-də görə dəfələrlə sərt tənqid edən Qari Linekerlə qarşılaşdırmaq istəyir.

Eyni zamanda, BBC Sautqeyti ekspert kimi görmək istəyən yeganə kanal deyil. Onlar “Sky”a qayıdan Qari Nevilə əvəzləyici axtaran İTV ilə rəqabət aparmağa hazırlaşırlar.

Xatırladaq ki, İngiltərə yığması Sautqeytin rəhbərliyi altında ardıcıl iki dəfə Avropa çempionatının finalına yüksəlib. Avro-2020-də ingilislər İtaliyaya penaltilər seriyasında (1:1, 2:3), 2024-cü ildə isə İspaniyaya əsas vaxtda (1:2) uduzublar.

Aut.az