Digər

Paris-2024: Məşhur tennisçinin ayaqqabılarını oğurladılar

Parisdə keçirilən Olimpiadada biabırçı hadisələr bir-birini əvəz edir.

Aut.az xəbər verir ki, bu dəfə ukraynalı tennisçi Yelena Svitolinanın idman ayaqqabısı oğurlanıb.

Bu barədə Ukrayna Tennis Federasiyasının mətbuat katibi Sosnovski bildirib.

“Yelenanın bir az problemi var idi. Dünən o, idman ayaqqabısını paltardəyişmə otağında qoyub. Bu səhər gəlib və onlar artıq yox idi. Yəqin ki, kimsə onu suvenir üçün götürüb.

Bu ayaqqabının xüsusi ortopedik altlığı vardı”, – Sosnovski deyib.

Aut.az