Digər

BOK transgender idmançılarla bağlı bu qərarı verəcək

Beynəlxalq Olimpiya Komitəsi (BOK) transgender idmançıların Olimpiya Oyunlarında iştirakını qadağan etməyi planlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Gözlənilir ki, bu qərar 2026-cı ilin əvvəlində qəbul olunacaq və BOK onun elmi əsaslandırmasını təqdim edə biləcək. Noyabr ayında BOK-un tibbi və elmi direktoru Ceyn Tornton transgenderlərin iştirakı səbəbindən qadın idmanı ilə bağlı problemlərə həsr olunmuş ilkin tədqiqat nəticələrini təqdim edib.

Qeyd edək ki, 2024-cü il Olimpiadasında Əlcəzair boksçusu İman Helif 66 kq çəki dərəcəsində qızıl medal qazanıb, baxmayaraq ki, Beynəlxalq Boks Assosiasiyası (IBA) onun gender testini keçmədiyini bildirmişdi.

Aut.az