İngiltərə

“Liverpul” onu transfer edir: Həmyerlilər yan-yana oynayacaq?

“Liverpul” “Tottenhem”in 23 yaşlı mərkəz müdafiəçisi Miki van de Venlə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Mənbənin sözlərinə görə, mersisaydlılar 33 yaşlı Vircil van Deykin gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda mərkəzi müdafiəni gücləndirmək istəyirlər. Eyni zamanda, “Liverpul” rəhbərliyi van de Venin həmyerlisi  müdafiədə birlikdə oynamasını istəyir.

Van de Ven bu mövsüm bütün turnirlərdə 12 oyun keçirib, iki məhsuldar ötürmə edib. Niderlandlı futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimidir. “Transfermarkt”a görə, Mikinin bazar dəyəri 55 milyon avrodur.

Aut.az