İngiltərə

Premyer Liqa nəhəngləri onun üçün yarışacaq

“Liverpul” və “Arsenal” klubları Dortmund “Borussiya”sının hücumçusu Doniell Malenin transferi uğrunda mübarizə aparacaq

Aut.az xəbər verir ki, bu barədə “Caught offside” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Liverpul” onu Məhəmməd Salahın əvəzedicisi kimi görür. “Arsenal” isə Bukayo Saka ilə rəqabət aparmaq üçün Maleni almaq istəyir. Malenin iki variantdan London klubuna üstünlük verdiyi bildirilir.

Qeyd edək ki, Malen 2021-ci ilin yayından “Borussiya”da çıxış edir. Bu mövsüm niderlandlı bütün turnirlərdə “arılar” üçün 38 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Almaniya klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. “Transfermarkt”a görə futbolçunun təxmini dəyəri 40 milyon avrodur.

Aut.az