İspaniya

“Barsa”ya rəqib çıxdı: Bu klub onun agenti ilə əlaqə saxlayıb

PSJ İspaniya millisinin və “Atletik”in 22 yaşlı vingeri Niko Uilyamsın agenti ilə əlaqə saxlayıb.

Aut.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bu yay “Barselona”nın əsas transfer hədəflərindən biri Uilyamsın olduğu daha əvvəl dəfələrlə bildirilib.

2024-cü il Avropa çempionatının əsas qəhrəmanlarından birinə çevrilən futbolçunun transfer məbləği 58 milyon avro qiymətləndirilir. Bununla belə, Bilbao klubunun Uilyamsın gələcəyi ilə bağlı mövqeyi tamamilə naməlum olaraq qalır – onu satacaqlar, ya yox? Bildirilir ki, komandanın baş məşqçisi Ernesto Valverde əvvəlcədən razılaşdırıldığı kimi Nikonun avqustun 12-də məzuniyyətdən qayıtmasını gözləyir.

Aut.az