“Barselona”ya bəd xəbər: Köhnəsini sağaltmadan yeni zədə aldı
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes yenidən zədələnib.
Aut.az “Diario Sport”a istinadən xəbər verir ki, sentyabrın əvvəlində İspaniyanın gənclər komandasının düşərgəsində budunun ön əzələsindən zədə alan 21 yaşlı yarımmüdafiəçi sentyabrın 17-də komanda ilə qismən məşqləri bərpa edib. Lakin bu dəfə digər ayağından zədə alıb və bir neçə həftəni buraxmaq riski var.
Qeyd edək ki. La Liqanın cari mövsümündə Fermin Lopez 3 oyun keçirib, qol vura bilməyib.
Aut.az
