Dünya futboluİspaniya

Mourinyonun iki şərti var: Peres qəbul edəcək?

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Real Madrid”in əsas namizədi olaraq qalır.

Aut.az xəbər verir ki, “Sky Sports”un məlumatına görə, 63 yaşlı məşqçinin “Real Madrid”in prezidenti Florentino Peresə əsas tələbləri açıqlanıb.

Qeyd olunur ki, Mourinyo paltardəyişmə otağına tam nəzarəti ələ keçirərsə və transferlərə əhəmiyyətli təsir göstərərsə, “Real Madrid”i idarə etməyə hazır olacaq .

“Real Madrid” həmçinin portuqaliyalı məşqçinin müqaviləsində nəzərdə tutulan 3 milyon avrodan bir qədər az məbləğdə olan sərbəst qalma bəndini “Benfika”ya ödəməli olacaq. Bu seçim mövsümün bitməsindən sonrakı ilk on gün ərzində aktivləşdirilə bilər.

Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər “Real Madrid”ə rəhbərlik edib və “ağ-qaralar”la İspaniya çempionluğunu, kubokunu və Superkubokunu qazanıb.

Aut.az