Avropa Çempionatı

Lamin Yamal mükafatlandırıldı

İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal Avropa çempionatının ən yaxşı gənc futbolçusu seçilib.

Aut.az xəbər verir ki, iyulun 13-də 17 yaşı tamam olan futbolçu turnirdə 7 mümkün oyunun hamısında iştirak edib, 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Avro-2024-ün finalında İspaniya İngiltərəni 2:1 hesabı ilə məğlub edərək çempion olub.

Aut.az