Avropa Çempionatı

Azarkeş tribunadan Ronaldonun üzərinə atıldı: Görün onu kim xilas etdi – VİDEO

Gürcüstanla oyundan (0:2) sonra Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ilə bağlı insident yaşanıb.

Aut.az xəbər verir ki, Ronaldo stadionu tərk edərkən azarkeşlərdən biri birbaşa tribunadan onun üzərinə atılıb. Onun mühafizəçiləri portuqaliyalı forvard üçün canlı qalxan olub, oyunçunu “uçan azarkeş”dən qoruyub. Xatırladaq ki, Avro-2024-də üç oyunda Portuqaliya yığmasının hücumçusu Ronaldo cəmi bir məhsuldar ötürmə edib.