Məşhur kanal penaltini vura bilməyən Ronaldonu trolladı – FOTO
Böyük Britaniyanın BBC telekanalı AVRO-2024-ün 1/8 finalında Sloveniya ilə matçda (0:0, pen-3:0) Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonu trollayıb.
Aut.az xəbər verir ki, oyunun 105-ci dəqiqəsində Priney təmsilçisi penalti qazanıb. 39 yaşlı hücumçu “ağ nöqtə”yə yaxınlaşsa da, onun zərbəsini Yan Oblak dəf edib. Ronaldo bundan sonra göz yaşlarına boğulub.
BBC penalti anında ekranın sol küncünə “Misstiano Penaldo” sözlərini yazaraq Kriş ilə zarafat edib.
Aut.az

