Finalın ən yaxşı oyunçusu görün kim oldu
İspaniya yığmasının hücumçusu Niko Uilyams Avropa çempionatının final matçının ən yaxşı oyunçusu seçilib.
Aut.az xəbər verir ki, bazar günü ispanlar finalda İngiltərəni məğlub edərək (2:1) Avro-2024-ün qalibi olublar. Qollardan birini Uilyams vurub.
“O, hücumda çox təhlükəli olduğunu sübut etdi və müdafiə zamanı da intizamlı idi. O, Kukurella üçün sədd təmin etdi və yarımmüdafiədə Olmo ilə yaxşı əlaqə quraraq, rəqib müdafiəçilər üçün böyük təhlükə yaratdı. Niko gözəl qol vurdu və meydanda ən təhlükəli oyunçulardan biri oldu”, – deyə UEFA-nın saytında qeyd edilib.
Aut.az
